Bakıda tikilməkdə olan bina çöküb.
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən "Bravo" marketin yaxınlığında 3-cü mərtəbəsi tikilən bina çöküb.
Binanın çökməsi ilə bağlı məlumata aydınlıq gətirilib.
Milli.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən publika.az-a bildirilib ki, ərazidə çökmə hadisəsi baş verməyib. Lakin məhkəmə qərarı əsasında yeni inşa edilən tikintinin sökülməsinə başlanılıb.