Xəbər lenti

Bakıda yeni yol istifadəyə veriləcək
Ölkə06:31 08.06.2013

Bakıda yeni yol istifadəyə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabahdan etibarən yola ikinci qat asfalt örtüyünün vurulmasına başlanılacaq.

Bakının Tbilisi prospektinin Şəfahət Mehdiyev və Həsən Əliyev küçələri ilə kəsişməsndəki dairədən İzmir prospekti ilə kəşişməsinə dəqər olan hissəsində yol bağlanıb. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Anspress-ə verdiyi məlumata görə, təxminən 50 metr məsafədə beton bardürlər mərbər bardürlərlə əvəzlənir, köhnə asfalt beton örtüyü dünən gün ərzində qaşınaraq çıxarılıb: "Bu gün yeni asfalt beton örtüyünün birinci qatının vurulması işləri gedir. Yəqin ki, günün sonuna qədər asfalr beton örtüyünün vurulmasi başa çatdırılacaq".

P. Mürsəliyevin sözlərinə görə, sabahdan etibarən yola ikinci qat asfalt örtüyünün vurulmasına başlanılacaq: “Təxminən iyunun 11-ə qədər həmin 500 metrirlik bağlanmış ərazidə işlər ümumilikdə başa çatdırılacaq”.

Qaynar.info