Xəbər lenti

Bakıda yeni yol - Mərkəzə doğru hərəkət rahatlaşacaq - FOTO
Ölkə11:36 15.02.2017

Bakıda yeni yol - Mərkəzə doğru hərəkət rahatlaşacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində şəhərin mərkəz hissəsində yeni yol salınır.

"Azəravtoyol" ASC-dən Qaynarinfo.Az-a verilən məlumata görə, uzunluğu 1,1 km olan yol Yusif Səfərov küçəsinə paralel salınır. Sözügedən yolun inşası xüsusən günün pik saatlarında Yusif Səfərov küçəsində yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb

Belə ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsindəki hərəkət intensivliyini xeyli azaltmış olacaq.

Layihəyə uyğun olaraq hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.

Yolun ümumi eni 12 m olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 m enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1,5 m enində səkilər daxildir.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İşlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qaynarinfo.Az