Xəbər lenti

Bakıda yeraltı qaz xəttində sızma: qazın verilişi dayandırıldı
Ölkə15:00 19.10.2018

Bakıda yeraltı qaz xəttində sızma: qazın verilişi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qaz xəttində qəza hadisəsi baş verib.
"Azəriqaz" İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.
Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.
Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür.
Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.