
Bakıda daha bir əsas yol bağlandı.
Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, Nobel prospekti şəhər istiqamətində (AFFA-nın inzibati binasının yaxınlığında) aparılan təmir işləri ilə əlaqədar yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən yolda sıxlıq müşahidə olunur. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.