Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) Qaynarinfo-ya bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Şərhlər