Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ postunda baş verib.
Belə ki, "KamAZ” markalı yük avtomobili ilə "Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib.
Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.