Xəbər lenti

Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas etdi (FOTOLAR)
Ölkə05:25 07.08.2017

Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Yol-Patrul Xidmətinin 5-ci tağımının əməkdaşları keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə xidmət göstərən zaman “BMW” markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib.

Yol-Patrul Xidmətinin əməkdaşları dərhal avtomobildə infarkt keçirmiş 1956-cı il təvəllüdlü Ağayev Tofiq Heybətulla oğlunu xidməti avtomobillə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Terapiya şöbəsinə çatdırıblar.  

Xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilib və bununla da onun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

Qaynarinfo.Az