Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hadisə bazar günü axşam saatlarında Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətində gedən yolda (İST Petrol YDM-nin qarşısı) baş verib.
"Nəticədə avtomobil yanıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq müşahidə olunur", - deyə BNA rəsmisi bildirib.