Xəbər lenti

Bakıda yolda həyəcanlı anlar (VİDEO)
Ölkə17:52 08.08.2017

Bakıda yolda həyəcanlı anlar (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb.

"Qaynarinfo"nun  Xəzər TV-yə istinadən məlumatına görə, paytaxtın Xətai rayonunda yaşanan hadisə ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub.

Görüntülər Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsindəndir.

Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan nəqliyyat vasitələri daim bu ərazidən keçdiyini deyiblər.

Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib. 

Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan nəqliyyat vasitələri elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.

Qaynarinfo.Az