Xəbər lenti

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurdu
Ölkə07:30 20.01.2017

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub.

Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. 

Belə ki, Mehmandarov küçəsində 70 yaşlı Səfayət Əbdüləzimov və onun həyat yoldaşı, 62 yaşlı Əhmədova Qaragöz İsa qızı yolu keçmək istəyərkən onları avtomobil vurub. Ağır xəsarət alan hər iki şəxs yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Qaynarinfo.Az