Xəbər lenti

Bakıda yük avtomobili ilə avtobus toqquşdu: yaralı var
Ölkə12:18 08.09.2013

Bakıda yük avtomobili ilə avtobus toqquşdu: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Xətai rayonunda “İsuzu” markalı yük avtomobili və “Daewoo” markalı avtobus toqquşub. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. “İsuzu” markalı yük avtomobilinin sürücüsü xəsarət alaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb