Xəbər lenti

Bakıda zavod partladı: ölən və yaralananlar var
Ölkə07:57 16.09.2014

Bakıda zavod partladı: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Baku Steel Company”də partlayış olub. 

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. 

Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. 

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info