Xəbər lenti

Bakıda zavodda partlayış: ölən var
Ölkə08:58 20.11.2014

Bakıda zavodda partlayış: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda ölüm faktı qeydə alınıb. Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib.

Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Araşdımalar davam etdirilir.

Qaynar.info