Xəbər lenti

Bakıda zavodun liftində faciə - Ölən var
Ölkə10:40 26.07.2025

Bakıda zavodun liftində faciə - Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. 
Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb. 
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir.