Xəbər lenti

Bakıda özəl klinika bağlandı
Ölkə09:36 06.06.2014

Bakıda özəl klinika bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Əhmədli qəsəbəsində (“Bakı” kinoteatrının yanı) fəaliyyət göstərən “Turan” Klinikasının fəaliyyəti dayandırılıb.

Modern.az-ın məlumatına görə,  ötən gün axşam saatlarında xeyli sayda polis klinikaya gələrək həkim heyətini xəstəxanadan çıxarıb. Klinikanın nə səbəbdən bağlanması işçilərə izah edilməyib. Heç bir izahat olmadan klinikanın qapısı qıfıllanıb.

Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl “Turan” Klinikasının bağlanması xəbərini müəssisənin özündə təmirlə əlaqələndiriblər. Adının çəkilməsini istəməyən əməkdaş sayta bildirib ki, tibb müəssisəsi fəaliyyətini müvəqqəti dayandırıb: “Növbəti həftədən işə başlayacaq”.

Klinikanın fəaliyyətinin niyə məhz polislər tərəfindən dayandırılmasına gəlincə isə o, qəribə tərzdə cavab verib: “Polislə heç bir problemimiz yoxdur, sadəcə polislərə ehtiyac yarandığından klinikaya gəliblər”.

Qaynar.info