Xəbər lenti

Bakıda zəncirvari qəza baş verib, 5 maşın toqquşub - FOTOSESSİYA, VİDEO
Ölkə06:11 09.01.2014

Bakıda zəncirvari qəza baş verib, 5 maşın toqquşub - FOTOSESSİYA, VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda 5 maşının iştirakı ilə zəncirvari qəza baş verib
APA-nın xəbərinə görə, Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən "Toyota RAV" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
 
Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının APA-ya verdikləri məlumata görə, ilkin ehtimala görə qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən "Toyota RAV" markalı avtomaşının sürücüsü olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.
 
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.


Qaynar.info