Xəbər lenti

Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTOLAR
Ölkə06:40 30.05.2016

Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb.

Bakının Nəsimi rayonunda baş verən zəncirvari qəzada 7 maşın əzilib.

Qaynarinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb.

Qumla yüklü 99 XG 630 dövlət nömrə nişanlı “KamAZ”  iki mikro avtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus “Mercedes” markalı  sərnişin mikroavtobusu, dördü isə “Mercedes” markalı minik avtomobilləridir. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər. 

Hadisə yerində araşdırma aparan polislərdən verilən məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra “KamAZ”ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb. 

Qəza baş verən tuneldə böyük tıxac meydana gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qaynarinfo.az