Xəbər lenti

Bakıda zəncirvari qəza oldu - yaralılar var (FOTO)
Ölkə04:59 05.01.2023

Bakıda zəncirvari qəza oldu - yaralılar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb. "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toquşub.
Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. "Toyota Land Cruiser"də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.