
Hadisə zamanı xəsarət alan olmayıb
Gecə paytaxtın Nizami rayonu Babək prospektində 3 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üzü şəhər istiqamətində hərəkət edən “Hunday” markalı avtomaşının sürücüsü əvvəlcə nəqliyyat vasitəsini qarşıda olan “Reno” markalı maşına çırpıb. Sonuncu avtomobil isə öz növbəsində yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “Vaz 2107” markalı avtomaşınla toqquşub.
Qəza zamanı maşınların sürücüləri və sərnişinlər arasında xəsarət alan olmayıb. Yol nəqliyyat hadisəsi yerində isə Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin izahatları alındıqdan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq./Ans.tv/