Xəbər lenti

Bakıda zəncirvari qəza: xəsarət alanlar var YENİLƏNİB - FOTOLAR
Ölkə05:33 18.04.2013

Bakıda zəncirvari qəza: xəsarət alanlar var YENİLƏNİB - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 1972-ci il təvəllüdlü Akif Baxışov, 1990-cı il təvəllüdlü Təranə Əliyeva, 1952-ci il təvəllüdlü Liliya Vasiliyeva, 1962-ci il təvəllüdlü Gülnarə Nəsirova, 1985-ci il təvəllüdlü Ruslan Musayev və 1999-cu il təvəllüdlü Mirmovsüm Qafarov ağır xəsarətlə xəstəxanaya daxil olublar.

Xəstəxanadan onların vəziyyətinin ağır olaraq qaldığı bildirilib
. 

***

17 aprel 22:15

Bu gün axşam saatlarında Bakı şəhərində, Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.


APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, zəncirvari yol qəzası nəticəsində 189 saylı  marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “KAMAZ” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı  minik  avtomobilləri toqquşub. Məlumata görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.  

Qaynar.info