Xəbər lenti

Bakıda zibilin içindən görün nələr çıxdı - FOTOLAR
Ölkə07:24 22.11.2014

Bakıda zibilin içindən görün nələr çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.

Qurumdan Qaynar.info-ya verilən məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:

1)    161 ədəd 7.62 çaplı təlim patronu
2)    38 ədəd 7.62 çaplı patron
3)    9 ədəd 5.45 çaplı patron
4)    2 ədəd radioötürücü
5)    1 ədəd radioötürücünün cərəyan dolama cihazı
6)    1 komplekt hərbi durbin
7)    1 ədəd PDM-2 30 mm-lik mərmisi
8)    1 ədəd tüfəng qundağı

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

Qaynar.info