Xəbər lenti

Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB+FOTO
Ölkə09:36 06.09.2016

Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB+FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gənc oğlan intihar edəcəyini bildirib.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, metronun "Elmlər Akademiyası" stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.
*  *  *
Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyəti hələlik açıqlanmayan şəxs Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.
Şahidlərin dediyinə görə, binanın damına çıxaraq intihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az