Xəbər lenti

Bakıda özünü qatarın altına atan Rusiya vətəndaşıdır - YENİLƏNİB
Ölkə08:26 05.09.2015

Bakıda özünü qatarın altına atan Rusiya vətəndaşıdır - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropliteni QSC-nin "28 May" stansiyasındakı sərnişinlər təxliyyə edilir. Report-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna sərnişinlərdən birinin özünü relsin üstünə atması səbəb olub.
Metrpolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verdiyi açıqlamada intiharı təsdiq edib və bildirib ki, həmin sərnişin ölüb. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir, hələlik hadisənin detalları məlum deyil.
*  *  *
Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
*  *  *
ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.
Qaynar.info