Xəbər lenti

Bakıdakı 1 mərtəbəli evlərin hamısı söküləcək - Anons
Ölkə11:31 05.03.2014

Bakıdakı 1 mərtəbəli evlərin hamısı söküləcək - Anons

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Sovetski"dən sonra hansı ərazilərin söküntüsü başlayacaq?

Bu suala cavab tapmaq üçün Nəsimi rayonu İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyevlə əlaqə saxladıq. 

Şöbə müdirinin ANS PRESS-ə verdiyi məlumata görə, “Xutor”, "Qaraşəhər", “Sovetski”, “Kubinka”, "Papanin" və başqa yerlərin sökülməsi artıq neçə illərdiki müzakirə olunur.

Bunun üçün artıq işlər görülür. "Sakinlərin şəhərdən kənara köçmələrinə belə reaksiya vermələri təbii ki, normaldır. O ki, qaldı oların Binəyə və ya başqa yerlərə köçürülməsi yanlışdır. Sakinlər hara özləri istəsələr ordanda mənzil almaqda sərbəstdirlər", - deyə Nazim Quliyev deyib. 

O, deyib ki, “Xutor”, “Kubinka” amma bu yerlərin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur: "Sökülmə nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilmərəm". 

Nazim Quliyevin sözlərinə ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli , kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub.

Qaynar.info