
14:12
Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.
“Qaynarinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.
Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.
Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.
14:38
Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.
"Qaynarinfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nzirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:
“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.
E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:
“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.
***
Son məlumata görə, cinayətkar dəstə üzvləri saxlanılıb.
Bu barədə yaxın saatlarda DİN-in geniş açıqlaması olacaq.
15:39
Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub. Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb.
Xatırladaq ki, atışma samanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb. Cinayətin motivləri bəlli deyil.
Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.
Criminal.az bildirir ki, ''Transgeyt'' şirkəti sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus idi.
***
Moderator.az saytının yazdığına görə, hadisə ilə bağlı tanınmış iş adamı "Hafka" ləqəbli Hafiz Məmmədov da polis tərəfindən saxlanılıb.
"Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq"- deyə sayt bildirir.
Qaynarinfo.Az