Xəbər lenti

Bakıdakı güclü yanğında FHN-in iki əməkdaşı xəsarət aldı
Ölkə11:45 26.05.2022

Bakıdakı güclü yanğında FHN-in iki əməkdaşı xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sexdə baş verən güclü yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı yüngül xəsarət alıb.
"Report"un əldə etdiyi məlumata görə, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - metronun "Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.