Xəbər lenti

Bakıdakı məşhur barda törədilən qətlin üstü açıldı
Ölkə09:28 01.08.2014

Bakıdakı məşhur barda törədilən qətlin üstü açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin mərkəziundə yerləşən “Korol” gecə klubunun qarşısında törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, ötən gün gecə saatlarında Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi bıçaqla qətlə yetirib.
Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub.
Qeyd edək ki, məlum hadisə “Korol” gecə klubunun qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qaynar.info