Xəbər lenti

Bakıdakı məşhur marketə maskalı hücum
Ölkə08:22 29.10.2014

Bakıdakı məşhur marketə maskalı hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.

Hadisə vaxtı mağazada gözətçi olmayıb. Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub. Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.

Qaynar.info