Xəbər lenti

Bakıdakı partlayışda yaralanan məmurdan YENİ XƏBƏR
Ölkə20:15 20.10.2016

Bakıdakı partlayışda yaralanan məmurdan YENİ XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunun Hökməli qəsəbəsində villada partlayış zamanı ağır yaralanan Müşfiq Qurbanovun və həyat yoldaşı Şəbruz Novruzavanın vəziyyətləri son dərəcə ağırdır.
Axar.az-a daxil olan məlumata görə, Şəbruz Novruzova Türkiyə xəstəxanalarından birinin göndərdiyi tibbi təyyarə ilə bu gün təcili qardaş ölkəyə aparılıb. Həmçinin Müşfiq Qurbanovun da vəziyyəti ağır olduğundan, onun da ardınca təyyarə gəlib və hazırda M.Qurbanovun Türkiyə xəstəxanasına aparılması üçün hazırlıq görülür.
Müşfiq Qurbanov Azəravtoyol ASC-nin Aparat rəhbəri, onun xanımı Şəbruz Novruzova isə Topçubaşov adına Mərkəzi Klinik Xəstəxananın cərrahiyyə şöbəsinin cərrahıdır.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. Hökməli qəsəbəsi, Koroğlu küçəsi döngə-5 ünvanında Müşfiq Qurbanova məxsus fərdi yaşayış evində partlayış olub. Qaz sızması nəticəsində baş verən partlayışda ailənin 3 yaşlı qız övladı dünyasını dəyişib, ev sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı Şəbruz Novruzova və ailənin böyük qızı 12 yaşlı Leyla Qurbanlı ağır yanıq xəsarətləri alıb. Respublika Yanıq Mərkəzində Ş.Novruzovaya tənəffüs orqanlarının 85 faiz yanığı diaqnozu qoyulub.
Partlayış zamanı Ş.Novruzova və L.Qurbanlı sübh namazı qılırmış.
Qaynarinfo.Az