Xəbər lenti

Bakıdakı tarixi binanın üzərində mansard tikilib (FOTO/VİDEO)
Ölkə15:10 29.04.2021

Bakıdakı tarixi binanın üzərində mansard tikilib (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib. 
Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq saytımıza bildirildi ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib. 
Əvvəl
İndi
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/oSh6uw8mgkI" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">