
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 1 illik fəaliyyət əsasında Bakı şəhərinin yollarında yaranan tıxacların əsas səbəbləri istiqamətdə apardığı araşdırmasının nəticəsini açıqlayıb.
NİİM-dən Qaynar.info-ya verilən məlumata görə, yaranan tıxacların əsas səbəbləri aşağıdakılardır:
1. Qanunsuz parklanma;
2. Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklanması
3. Son illərdə avtomobil sayının kəskin artması
4. Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları
5. Təmir-tikinti işlərinin aparılması
6. Şəhər infrastrukturunda olan problemlər
7. Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri
8. Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.
Qaynar.info