Xəbər lenti

Bakıdakı tüstünün səbəbi açıqlandı
Ölkə16:36 25.07.2019

Bakıdakı tüstünün səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib. 
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, aparılan araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarı normadan artıq olub. 
Bu gün səhər Nazirliyin  mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib. 
Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.