
Bakıda fəaliyyət göstərən "Global - Xaricdə Təhsil Konsultasiya Mərkəzi" haqqında rdeaksiyamıza şok ittihamlar daxil olub.
Qaynar.info-ya Sərraf Əmənov adlı vətəndaş tərəfindən daxil olan şikayətdə bildirilir ki, sözügedən mərkəz onu aldadaraq pullarını mənimsəyib. Belə ki, o, bu mərkəzin göndərişi əsasında Amerika Birləşmiş Ştatlarına getsə də, küçələrdə qalıb.
S.Əmənov deyir ki, o, bir müddət öncə Tərlan Yusifovun rəhbərlik etdiyi “Global - Xaricdə Təhsil Konsultasiya Mərkəzi”nə ABŞ-da dil kursu keçmək istəyi ilə bağlı müraciət edib.Şirkətin rəhbəri ilə orta məktəbdə bir oxuduğu üçün ona etibar edib. Bu səbəbdən şirkətlə müqavilə bağlamayıb və şirkət ona bildirib ki, təhsil alması üçün lazımı prosedurları manat məbləği qarşılığında təşkil edəcək: “Ona ABŞ-da 3 aylıq ingilis dili kursunun təşkil edilməsi qarşılığında 2240 ABŞ dolları verdim. Bu pulun 160 dolları viza üçün nəzərdə tutulmuşdu. Vizaya girdikdən sonra o, mənə ABŞ-da 1 aylıq kursun sənədini gətirdi və mən bunun 3 ay olmadığını gördükdə şübhələndim. Bu işlə bağlı ABŞ-dakı universitetə zəng etdim. Onlar mənə dedilər ki, sizə aid burda heç bir qeydiyyat yoxdur. Ancaq mənim vaxtım yox idi. Tərlanla yenidən danışdım və o, məni inandırdı ki, narahat olma, get orda səni qarşılayacaqlar. ABŞ-a gəldikdən sonra kursa getdim, mənə dedilər biz nə o şirkəti tanıyırıq, nə də sənin adın bizdə yoxdur. Mənim verdiyim pulun qarşılığında mənə ev tutulmalı idi. Gəldim gördüm ev də yoxdu və küçələrdə qaldım. Yenidən Tərlana müraciət etdim və mənə bildirdi ki, guya pulu viza üçün ABŞ səfirliyində kiməsə verib. Buradan belə çıxır ki, o, ABŞ səfirliyini də rüşvət almaqda ittiham edir. Halbuki mən bütün sənədləri özüm düzəldib vizaya girmişdim. Məndən başqa belə vəziyyətə düşən başqa adamlar da var. Onlar da Tərlandan şikayətçidir”.
"Oğlum Tərlana 2240 dollar pul verib"
Sərraf Əmənovun atası Zahir Əmənov isə Qaynar.info-ya açıqlamasında bildirdi ki, məsələ ilə bağlı bir sıra qurumlara, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb: “Oğlum Tərlana 2240 dollar verib. Bu pullar guya aşağıdakı məqsədlər üçün xərclənəcək: Qeydiyyat pulu - 95$, Təhsil vəsaitləri - 75$, Ev tapmaq xərci - 150$, 3 həftəlik, yarı intensiv günlük 3 saat kurs pulu - 440$. Bundan əlavə 3 həftəlik evdə yerləşdirmə - 1050 $, 1050 $ (ev) + 760 $ (digər xərclər) və 160 $ viza haqqı.Beləliklə, Tərlan saxtakarlıq yolu ilə oğlumun 2080 dollarını (160 dollar viza haqqı çıxıldıqdan sonra) mənimsəyib və oğlum üçün ABŞ-da ev kirayələmək, təhsil almaq sahəsində problem yaradıb.
Bu barədə Milli Təhlükəsizlik Nazirliyinə məktub unvanlamışam və xahiş etmişəm ki, Tərlan Yusifovun oğlumu aldadaraq ondan aldığı pulun (viza haqqı çıxıldıqdan sonra 2080 dollar, 1630 AZN) qaytarılmasında və saxtakarın cəzalandırılmasında bizə yardımçı olsunlar.
"Bu mənim işimin puludur"
Məsələ ilə bağlı Tərlan Yusifovun özü ilə əlaqə saxladıq. T. Yusifov Qaynar.info-ya açıqlamasında bildirdi ki, Sərrafın və atasının dediyində müəyyən həqiqətlər olsa da, ümumilikdə ona şər atırlar: “Mən Sərrafı çoxdan tanıyıram. Sərraf bir müddət öncə gəlib mənə dedi ki, onun Bakıda yaxşı işi var, işləyir, yaxşı maaş alır. Bu yaxınlarda 1 aylıq ABŞ-a istirahətə getmək istəyir. Gedib bir az dincələcək və məndən xahiş etdi ki, viza almaq məsələsində ona kömək edim. Mən də ona izah etdim ki, turist vizası almaq üçün məüyyən sənədlər lazımdır. Sənədləri ona sadaladım. Sonra dedim ki, gəl səni ingilis dili kursuna göndərək, get 1 ay həm ingilis dilini təkmilləşdir, həm də istirahət et. Sərrafın mənə verdiyi cavab bu oldu ki, yox, mən ingilis dili kursuna getmək istəmirəm. Boston və Nyiu-Yorkda dostlarım var, gedib onların yanında istirahət edəcəm, sonra da işləyəcəm.
Sərraf Əmənova Tərlan Yüsifov tərəfindən təqdim olunan sənəd