Xəbər lenti

Bakıdakı yanğında zərərçəkənlərin adları açıqlandı - SİYAHI
Ölkə13:27 06.04.2014

Bakıdakı yanğında zərərçəkənlərin adları açıqlandı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda taxta bazarında baş verən güclü yanğın zamanı zərərçəkənlərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumta görə, bu gün xəstəxananın Toksikologiya şöbəsinə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicləri - 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən FHN-nin xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki şəxsin isə müalicələri xəstəxana şəraitində davam etdirilir.

Qaynar.info