Xəbər lenti

Bakıdan Bolqarıstana getmək istəyənlərə şad xəbər - Viza 3 günə verilir
Ölkə13:00 13.07.2016

Bakıdan Bolqarıstana getmək istəyənlərə şad xəbər - Viza 3 günə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bileti təqdim etməklə cəmi 3 günə Bolqarıstana viza almaq mümkündür".

"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Şəfa Mehmanqızı bildirb ki, iyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir:"Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcəkdir".

Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 AZN təşkil edir.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az