Xəbər lenti

Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda yeni detallar
Ölkə 11:38 03.10.2024

Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda yeni detallar

Rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina Bakıdan qayıtdıqdan sonra itkin düşüb. Bildirilmişdi ki, Tatyana qondarma Donetsk və Luqansk Xalq Respublikalarına (DXR və LPR) səfərlərdən sonra oğurlana bilər.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, məsələ ilə bağlı yeni nüanslar ortaya çıxıb. Müğənninin vəkili qızın yoxa çıxmasında ukraynalı izinin olduğunu açıqlayıb. Vəkil Yelena Senina Plaksinanın narkomaniyaya meylli olduğunu bildirib və onun hazırda qapalı və yaxud bağlı vəziyyətdə ola biləcəyini deyib.

"Lyubov Uspenskaya qastrol səfərində olarkən, Ukraynadan olan təxribatçılar Tatyanaya yaxınlaşaraq onu narkotikə aludə edib, başqa ölkəyə bilet alıb onu çıxarıblar", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, başqa ölkədə ukraynalılar narkotikdən istifadə edərək müğənninin qızını diktə ilə müsahibə verməyə məcbur ediblər. Senina qeyd edib ki, bu müsahibələr hələ yayımlanmayıb, lakin çox güman ki, tezliklə yayımlanacaq.

Vəkil iddia edir ki, ukraynalı fırıldaqçıların əsas hədəfi müğənninin qızı deyil, onun anasıdır, "çünki o, Kiyevdə doğulub və Rusiyanın Ukrayna ilə bağlı siyasətini açıq şəkildə dəstəkləyir”.

O əlavə edib ki, Tatyananın yeri məlumdur və onun itkin düşməsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə (FSB) şikayət edilib.

Öz növbəsində Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müğənninin qızı Lyubov Uspenskayanın itkin düşməsində Taisiya adlı keçmiş rəfiqəsinin əli ola biləcəyi ilə bağlı məqamı da açıqlayıb. Deyilənə görə, onun guya Plaksinanı narkotikə aludə edən və hətta müğənninin əmlakına yiyələnmək üçün Uspenskayaya qarşı repressiyalar təşkil etmək istəyən, Tatyananı "anasının kürəyindən bıçaqla vurmağa” inandırmaq istədiyi iddia edilir.

Xatırladaq ki, 2020-ci ilin fevral ayının əvvəlində Plaksina NTV kanalına çıxıb və anasının ona narkotik verdiyini, həmçinin ona qarşı fiziki və ruhi zorakılıq tətbiq etdiyini, onu boğduğunu bildirmişdi. Daha sonra qız sözlərini geri götürüb.

Uspenskayanın vəkili Plaksinanın hərəkətini onun psixi pozğunluğu ilə izah edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->