Xəbər lenti

Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var
Ölkə05:24 01.07.2023

Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Qanarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, Çaylı kəndi ərazisində "Nissan” və "Ford” markalı avtomobillər toqquşub.
Nəticədə "Nissan”da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.
Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.
Hadisə nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.