Xəbər lenti

Bakının Baş planı 6,3 milyon dollara başa gələcək
Ölkə10:07 13.04.2019

Bakının Baş planı 6,3 milyon dollara başa gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.
Qaynarinfo xəbər verir ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın "AS+P” şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.