Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.
“Azəryolservis” ASC Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev APA-ya verdiyi açıqlamada bildirib ki, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Sözügedən yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.
Qurum rəsmisi hava şəraiti dəyişən kimi sürət həddinin də yenidən əvvəlki vəziyyətə qaytarılacağını bildirib.
Qaynar.info