Xəbər lenti

Bakının bəzi yollarında sürət həddi endirildi
Ölkə04:43 30.10.2021

Bakının bəzi yollarında sürət həddi endirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib .