
Bakının bir hissəsində su olmayacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinın mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Səbail və Xətai rayonları ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 08 aprel 2014-cü il tarixində Səbail və Xətai rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Qaynar.info