
Yeni tikilmiş +54 “Ramana” su anbarına birləşmənin verilməsi ilə əlaqədar bu gün saat 15:00-dan etibarən gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən Qaynarinfo.az-a bildirilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Qaynarinfo.az