Xəbər lenti

Bakının bu ərazisində elektrik enerjisinin verilişində fasilələr yarancaq
Ölkə05:09 22.03.2019

Bakının bu ərazisində elektrik enerjisinin verilişində fasilələr yarancaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".
Qaynarinfo xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.