Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hələ yanğının qarşısını almaq mümkün olmayıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".
15.40
Bakının Nərimanov rayonu, "Baksol” yolunda güclü yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, yanğın 10-15 dəqiqədir başlayıb. Məlumata görə, ərazidə taxta anbarı yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çox sayda yanğınsöndürəni cəlb edilib.