Xırdalan şəhəri Səttar Bəhlulzadə küçəsi və Quşçuluq massivinin bir hissəsi 3 gündü susuz qalıb.
Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib.
Sakinlər bildirib ki, 3 gündür ki, suyun kəsilmə səbəbi haqda məlumat ala bilmirlər. "Azərsu"nun qaynar xəttinə (955) nə qədər zəng etsələr də bir nəticə olmayıb.