Xəbər lenti

Bakının bu hissəsinə suyun verilişi dayandırıldı
Ölkə17:21 29.06.2023

Bakının bu hissəsinə suyun verilişi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xətai rayonunun bir hissəsində (Köhnə Günəşli və ətraf ərazilər) içməli suyun verilişində fasilə yaranıb.
Qaynarinfo xəbər verir ki, bunu "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
"Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar  Bakısukanal və Xətai rayon Sukanal idarələrinin qəza briqadaları əraziyə cəlb olunub. Axşam və gecə saatlarında təmir-bərpa işləri davam etdiriləcək", - deyə qurum rəsmisi bildirib.