Xəbər lenti

Bakının bu küçələri bağlı olacaq - SİYAHI
Ölkə06:25 03.06.2015

Bakının bu küçələri bağlı olacaq - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq. Qaynar.info xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Məlumata görə, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır. 
Qaynar.info