Xəbər lenti

Bakının bu qəsəbələrində qazın verilməsində fasilə yarandı
Ölkə12:44 29.03.2021

Bakının bu qəsəbələrində qazın verilməsində fasilə yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mart ayının 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb. Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.