Xəbər lenti

Bakının bu rayonları birləşdirilsin – Deputatdan təklif
Ölkə05:33 17.09.2020

Bakının bu rayonları birləşdirilsin – Deputatdan təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissəsi birləşdirərək, yeni mərkəzi rayon formalaşdırmaq mümkündür.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev deyib. O bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub:
"Ən real təşəbbüslərdən biri cənab Prezident tərəfindən səsləndirimiş Bakının mərkəzi rayonunun yaradılmasıdır. Düşünürəm ki, bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.
Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar. Bundan başqa, kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun hesab edirəm”.
Qeyd edək ki, deputat Nəsib Məhəməliyev 2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Nəsimi rayonunun icra başçısı vəzifəsində çalışıb. Axar